“Milan”ın müdafiəçisi Davide Kalabriyanın “Bolonya”ya keçməsinə bir addım qalıb.


Rekord.az xəbər verir ki, italiyalı futbolçunun komandadan getməsi ilə bağlı uzun müddətdir ki, söhbətlər var idi.


Yeni baş məşqçi Serjio Konseysao ilə son münaqişə, keçmiş kapitanı komandasını dəyişməyə yaxınlaşdırmış kimi görünür. “Bolonya” anlaşması yayda başa çatacaq Kalabriya ilə müqavilə bağlamaq üzrədir. Problem ondadır ki, onlar 28 yaşlı oyunçunu transfer haqqı olmadan almağa ümid edirlər. “Milan” isə 1-1,5 milyon avro arasında kiçik təzminat tələb edir.


Kalabriya bütün karyerasını “Milan”da keçirib. O, bu mövsüm 14 oyuna çıxıb, 1 qol vurub.