"Milan"ın oyunu Çakıra tapşırıldı
- 27 Sen 2021 12:50
- 530
Türkiyəli FİFA hakimi Cüneyt Çakır Çempionlar Liqasının oyununa təyinat alıb.
Rekord.az "ntvspor"a istinadən xəbər verir ki, o, B qrupunun “Milan” – “Atletiko” (Madrid) matçının baş hakimi olacaq. Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongun yardım edəcək.
Qeyd edək ki, sentyabrın 28-də, “San-Siro”da keçiriləcək “Milan” – “Atletiko” qarşılaşması Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.