“Milan”ın qapıçısı oyun vaxtı stadionu tərk etdi
- 21 Yan 2024 16:00
- 226
“Milan”ın qapıçısı Mayk Menyan irqçiliyə məruz qalıb.
Rekord.az xəbər verir ki, hadisə komandanın “Udineze”ni səfərdə məğlub etdiyi A Seriyasının 21-ci tur oyununda baş verib.
Qarşılaşmanın ilk hissəsində azarkeşlər fransalı qolkiperi fitə basıblar və meydana əşyalar atıblar. Bu səbəbdən baş hakim Fabio Mareska 32-ci dəqiqədə görüşü bir müddətlik dayandırıb. Mayk Menyan isə paltardəyişmə otağına yollanıb.
Daha sonra matç bərpa olunub və “Milan” 3:2 hesablı qələbə qazanıb.