
“Milan”ın rekordunu təkrarladılar
- 31 Mar 2025 15:20
- 79
Fransanın PSJ klubu Avropanın top-5 liqalarında ən uzun məğlubiyyətsiz səfər seriyası ilə bağlı İtaliya təmsilçisi "Milan"ın 1993-cü ildə müəyyənləşdirdiyi rekordu təkrarlayıb.
Rekord.az xəbər verir ki, bu seriya 38 matçdan ibarətdir.
Paris təmsilçisi 30 oyunda qələbə qazanıb, 8 heç-heçə edib.
PSJ hazırda 29 oyundan sonra 71 xalla Fransa çempionatının turnir cədvəlinin vahid lideridir. İkinci yerdə 50 xalla “Monako” qərarlaşıb.