İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Pyerino Prati vəfat edib.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Keçmiş hücumçu 73 yaşında ölüb.

Prati “Milan” tarixində ən çox qol vuran hücumçulardan idi – 102 qol. İtaliya milli komandasında da çıxış edən Prati “Milan”dan başqa, “Fiorentina” və “Roma” kimi klublarda da forma geyinib.