Milimiz Avropa Kubokunda mübarizəyə başlayır
- 22 Avq 2024 13:15
- 222
Bu gün Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada start götürən Avropa Kubokunda mübarizəyə başlayır.
Rekord.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupunda ilk olaraq İspaniya ilə üz-üzə gələcək.
Komanda ikinci matçında meydan sahiblərini sınağa çəkəcək.
Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 15:40 və 19:15-də start götürəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
Avqustun 23-də Azərbaycanın kişilərdən ibarət yığması Avstriya və Niderland ilə qarşılaşacaq.