"Turan Tovuz"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev "Araz Naxçıvan"la dünənki matçda sifətindən zərbə alan  Millerin son durumunun əks olunduğu fotonu paylaşıb.

Rekord.az xəbər verir ki, klub rəsmisi futbolunun gözünün altında böyük şiş olduğiu göstərməklə, AFFA Hakimlər Komitəsinin sədri de Blekerin epizoda münasibətinə etiraz edib.

Qeyd edək ki, belçikalı mütəxəssis hakimin sarı vərəqə qərarını dəstəkləyib və Maçadonun hərəkərinin düşüncəsiz hərəkət olduğunu, rəqibi bilərəkdən zədələmək niyyətinin olmadığını bildirib.