Bu gün futbol üzrə UEFA Millətlər Liqasının final mərhələsində ikinci yarımfinal görüşü keçirilib.

Rekord.az xəbər verir ki, bu oyunda İspaniya millisinin finaldakı rəqibi müəyyənləşib.

“Dördlər finalı”nda həlledici qarşılaşmaya son vəsiqə uğrunda Belçika və Fransa yığmaları üz-üzə gəliblər. Turindəki “Yuventus” stadionunda baş tutan görüş kifayət qədər məhsuldar alınıb. Beş qolun vurulduğu matçda əzmkar qələbə qazanan Fransa yığması ikinci finalçı olub.

Yarımfinalın ilk görüşündə İspaniya millisi İtaliyanı 2:1 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da olacaq. İkinci dəfə təşkil olunan “Dördlər finalı”nda ilk qalib Portuqaliya millisi olub.

UEFA Millətlər Liqası, final mərhələsi
Yarıminal

7 oktyabr

Belçika – Fransa 2:3
Qol: Y.Karrasko, 37. R.Lukaku, 41 – Benzema, 62. Mbappe, 69-pen. T.Ernandes, 90+1.
Hakimlər: Daniel Zibert, Yan Zaydel, Eduard Baytunger, Harm Osmers (hamısı Almaniya).
Turin. “Yuventus” stadionu.

Belçika: Tibo Kurtua, Tobi Alderveyreld, Ceyson Denayer, Yan Vertongen, Timoti Kastan, Aksel Vitsel, Yuri Tilemans, Yannik Karrasko, Kevin de Breyne, Eden Hazard, Romelu Lukaku.
Ehtiyat oyunçular: Simon Minolye, Kun Kastels, Dedrik Boyata, Dodi Lukebakio, Tomas Foket, Artur Teate, Hans Vanaken, Şarl de Ketelare, Leander Dendonker, Leandro Trossar, Mişi Batşuayi.
Baş məşqçi: Roberto Martines.
Fransa: Uqo Lyoris, Lukas Ernandes, Rafael Varan, Jül Kunde, Teo Ernandes, Benjamen Pavar, Adrin Rabyo, Pol Poqba, Antuan Qrizmann, Kilian Mbappe, Kərim Benzema.
Ehtiyat oyunçular: Benua Kostil, Mayk Menyan, Presnel Kimpembe, Orelyen Çuameni, Antoni Marsyal, Mussa Diabi, Leo Dyubua, Matteo Genduzi, Dayo Upamekano, Jordan Veretu, Luka Din, Vissam Ben Yedder.
Baş məşqçi: Didye Deşam.