Millətlər Liqası: Yığmamızın üzvü ən çox qurtarış edən qapıçıdır
- 11 Sen 2024 16:40
- 119
Azərbaycan millisinin üzvü Mehdi Cənnətov Millətlər Liqasında ən çox qurtarış edən iki qapıçıdan biridir.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper iki qarşılaşmada 12 "seyv" ilə yadda qalıb.
Estoniyalı Karl Yakob Heyn də eyni sayda qurtarış edib.
Azərbaycan millisi ilk turda evdə İsveçrəyə (1:3), ardınca səfərdə Slovakiyaya (0:2) uduzub.