Milli komanda baş məşqçisiz qaldı
- 06 Apr 2020 18:30
- 710
Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri yığma komandasının baş məşqçisi İvan Yovanoviç postundan ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumatda Yovanoviçlə yanaşı, onun məşqçilər korpusunda yer alan digər mütəxəssislərin də istefa verdiyi diqqətə çatdırılıb.
Yovanoviç ötən ilin dekabr ayında BƏƏ yığmasına baş məşqçi təyin olunmuşdu. Onunla 6 aylıq müqavilə imzalanmışdı. 57 yaşlı serbiyalı mütəxəssis komandanı DÇ-2022 və Asiya Kuboku-2023-ün seçmə mərhələ oyunlarına hazırlamalı idi. Lakin koronavirus pandemiyası səbəbindən təcrübəli mütəxəssis BƏƏ yığmasını heç bir rəsmi oyuna çıxara bilməyib.