Milli komanda baş məşqçisiz qaldı
- 22 Apr 2020 18:53
- 705
Maykl O Nil futbol üzrə Şimali İrlandiya millisinin baş məşqçi postundan istefa verib.
Rekord.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.
50 yaşlı mütəxəssis koronavirus pandemiyası ilə əlaqədar yaranmış qeyri-müəyyənliyə görə kənara çəkilməyin ən yaxşı vaxt olduğunu bildirib:
“AÇ-2020-nin pley-off oyunlarında Şimali İrlandiya yığmasına rəhbərlik etmək və başqa bir böyük turnirə vəsiqə qazanmaq istəyirdim, amma mövcud vəziyyət bunun qeyri-mümkün olduğunu göstərir. Komandanı ən güclü formada tərk etmək vacib idi. Yeni baş məşqçiyə vaxt vermək önəmlidi”.
Qeyd edək ki, Şimali İrlandiya yığması Millətlər Liqasının pley-offunda Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Bu oyunların nə vaxt keçiriləcəyi isə bəlli deyil.
Maykl O Nil 2011-ci ildən Şimali İrlandiya millisini çalışdırırdı.