Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu istifadəyə verilsə də, hələlik burada oyun keçirmək mümkün deyil.

Rekord.az xəbər verir ki, bunun üçün bir sıra nöqsanlar aradan qaldırılmalıdır.

Arena UEFA-nın 4-cü kateqoriyasına yaxındır. Lakin burada milli komandanın ev oyunlarını keçirməsi mümkün deyil. Çünki Sumqayıt stadionunun işıqlandırılması 850 lüksdü. Milli komandanın oyunlarının keçirilməsi üçün isə lüks 1200 olmalıdır. Bu problemi həll etmək üçün isə stadiona əlavə kabellər çəkilməli, əlavə enerji ilə lüks artırılmalıdır.