Milli komanda yerli məşqçiyə tapşırıla bilər ÖZƏL!
- 22 Apr 2020 15:00
- 1096
Di Byazi ilə danışıqları dayandıran AFFA böyük ehtimalla 2020-ci ilin sonuna kimi millini yerli məşqçiyə tapşıracaq.
Rekord.az-a daxil olan məlumata görə, federasiya məlum pandemiya səbəbindən dünya futbolunda yaranan mövcud duruma görə bu addımı atıb.
Çünki hazırkı gedişat onu göstərir ki, ilin sonuna kimi milli səviyyəsindəki turirlərin taleyi qaranlıq olacaq. FİFA və UEFA da hazırda ilk növbədə daxili çempionatları və avrokubokları düşünür. Təbii ki, sözügedən məsələdə maddi durum da rol oynayır. Son günlər mətbuatda Robert Prosineçkinin adı yenidən gündəmə gəlsə də bizim əldə etdiyimiz məlumata görə, bu məsələ real deyil. Yəni federasiya ilə xorvatiyalı arasında hər hansı bir danışıq olmayıb və bu, sadəcə, türk mediasının ortaya atdığı iddiadır.