Milli komandada baş məşqçi ayrılığı
- 27 Okt 2023 15:41
- 346
Bolqarıstan millisi baş məşqçisiz qalıb.
Rekord.az xəbər verir ki, Bolqarıstan Futbol İttifaqı Mladen Krstaiçlə yollarını ayırıb. Onun müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Serbiyalı məşqçi 2022-ci ilin iyulundan milli komandanı çalışdırırdı.
Bolqarıstan millisinin yeni baş məşqçisinin adı noyabrın 1-də açıqlanacaq.