Futbol üzrə Venesuela milli komandasının baş məşqçisi Joze Pezeyro istefa verib.

Rekord.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Pezeyronun istefası Venesuela Futbol Federasiyası tərəfindən qəbul edilib.

61 yaşlı mütəxəssis 2020-ci ilin fevralından Venesuela yığmasına rəhbərlik edirdi.