Milli komandada baş məşqçi istefası
- 03 Yan 2020 17:42
- 903
Futbol üzrə Venesuela milli komandasının baş məşqçisi Rafael Dudamel vəzifəsindən ayrılıb.
Rekord.az xəbər verir ki, 46 yaşlı mütəxəssis istefa verib. Bu barədə Venesuela Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Dudamel, yerli federasiyanın rəhbərləri ilə münasibətlərinin yaxşı olmadığını və bu vəziyyətdə işləyə bilməyəcəyini deyərək, istefa verib. Dudamel 2016-cı ilin aprelindən Venesuela millisini çalışdırırdı.