Futbol üzrə Bolqarıstan millisinə yeni baş məşqçi təyin olunub.

Rekord.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Yasen Petrov çalışdıracaq.

Bu barədə Bolqarıstan Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. 53 yaşlı bolqar mütəxəssis bu vəzifədə müqaviləsi başa çatan Georgi Dermenciyevi əvəzləyib.

Qeyd edək ki, Yasen Petrov daha əvvəl ölkəsinin və Çinin klublarında çalışıb.