Milli komandalarımız AÇ-yə İstanbulda hazırlaşırlar
- 18 İyn 2023 12:40
- 325
Basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 millilərimiz 17 iyun tarixindən etibarən Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start veriblər.
Rekord.az xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev və onun köməkçisi Polad Həsənovun rəhbərlik etdiyi yığmalarımız, qarşıdan gələn Avropa çempionatı öncəsi mütəmadi şəkildə məşqlərini davam etdirir və yoxlama oyunlarında güclərini sınaqdan keçirirlər.
İstanbuldakı ilk sınaq oyununda yerli "İstanbul Athletics" komandası ilə qarşılaşan U-18 yığmamız rəqibi üzərində 90-63 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, millilərimizin hazırlıq prosesi 23 iyun tarixinə qədər davam edəcək.