Milli komandalarımız bu gündən toplanışa başlayır
- 11 Apr 2024 10:00
- 294
Güləş üzrə milli komandalarımız növbəti təlim-məşq toplanışına start verir.
Rekord.az xəbər verir ki, bu gündən etibarən sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalarımız Quba Olimpiya İdman Kompleksində məşqləri bərpa edəcək.
Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dan dəvət edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təmrinlər həyata keçiriləcək. Dözümlülük və fiziki gücün artırılması ilə yanaşı, güləş xalçası üzərində taktiki-texniki məşqlərə da yer ayrılacaq.
Qeyd edək ki, toplanış 2 həftə davam edəcək və komandalarımız növbəti hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçəcək.