Qızıl Avropa Liqasında iştirak edəcək voleybol üzrə qadın və kişi milli komandalarımızın oyunlarının təqvimi bəlli olub. "Rekord.az" xəbər verir ki, yeni formatda keçiriləcək yarış üç turdan ibarət olacaq.

Həm qadın, həm də kişi millimizin oyunlarının bir turu Bakıda təşkil ediləcək. Yarışın reqlamentinə əsasən bir turnir cədvəli olacaq və ilk 4 yeri tutan yığmalar “Dördlər finalı”na yüksələcəklər.

Kişilər: Azərbaycan, Ukrayna, Belçika, Portuqaliya, Çexiya, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Şimali Makedoniya, Estoniya, Lüksemburq.

Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Avstriya, Estoniya, Ukrayna.
Qeyd edək ki, Bakıda keçiriləcək oyunlar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.


Oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.
Qızıl Avropa Liqası (qadınlar)
I TURNİR - XORVATİYA
17.05.2024 / 19:00 Azərbaycan – Xorvatiya  
18.05.2024 / 15:00 Slovakiya – Azərbaycan  
19.05.2024 / 19:00 Xorvatiya – Slovakiya
 
II TURNİR – RUMINİYA
24.05.2024 / 17:00 Azərbaycan – Rumıniya
25.05.2024 / 17:00 İsveç – Azərbaycan
26.05.2024 / 17:00 Rumıniya – İsveç
 
III TURNİR - AZƏRBAYCAN
31.05.2024 / 18:00 Estoniya – Azərbaycan
01.06.2024 / 18:00 Avstriya - Estoniya
02.06.2024 / 18:00 Azərbaycan – Avstriya
 
Qızıl Avropa Liqası (kişilər)
I TURNİR - AZƏRBAYCAN
17.05.2024 / 18:00 Rumıniya – Azərbaycan  
18.05.2024 / 18:00 Ukrayna - Rumıniya
19.05.2024 / 18:00 Azərbaycan – Ukrayna
 
II TURNİR - BELÇİKA
24.05.2024 / 17:30 Azərbaycan - Belçika
25.05.2024 / 17:30 Şimali Makedoniya – Azərbaycan
26.05.2024 / 15:00 Belçika - Şimali Makedoniya
 
III TURNİR ESTONİYA
31.05.2024 / 18:00 Azərbaycan - Estoniya
01.06.2024 / 16:00 Lüksemberq – Azərbaycan
02.06.2024 / 16:00 Estoniya – Lüksemburq