Avropa Qızıl və Gümüş liqalarında iştirak edəcək voleybol üzrə qadınlardan və kişilərdən ibarət milli komandalarımızın oyun təqvimləri bəlli olub. "Rekord.az" xəbər verir ki, reqlamentə əsəsən hər iki yarış üç turdan ibarət olacaq.
Bütün turların nəticələri bir turnir cədvəlində toplanacaq. Yekunda ilk 4 yeri tutacaq yığmalar “Dördlər finalı”na yüksələcəklər. Qadınların yarışında 12 ölkənin milli komandası, kişilərin mübarizəsində isə 8 ölkənin millisi iştirak edəcək.
Avropa Qızıl Liqasında çıxış edəcək qadınlardan ibarət milli komandamızın rəqibləri Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya yığmaları olacaq.
Avropa Gümüş Liqasında çıxış edəcək kişilərdən ibarət milli komandamız isə Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları komandalarına qarşı mübarizə aparacaq.
Qeyd edək ki, qadınların Qızıl Liqasının ilk turu, kişilərin Gümüş Liqasının isə 2-ci turu Bakıda baş tutacaq.
Komandalarımızın oyunlarının təqvimi:
Avropa Qızıl Liqası (qadınlar)
I TURNİR (AZƏRBAYCAN)

30.05.2025
   18:00 Macarıstan - Azərbaycan  
31.05.2025
   18:00 Sloveniya – Macarıstan  
01.06.2025
   18:00 Azərbaycan – Sloveniya
Oyunlar GİN-nin Voleybol Mərkəzində keçiriləcək.
II TURNİR (SLOVAKİYA)
06.06.2025
   20:00 Azərbaycan – Slovakiya
07.06.2025
   18:00 Monteneqro – Azərbaycan
08.06.2025
   18:00 Slovakiya – Monteneqro
III TURNİR (XORVATİYA)
13.06.2025
   16:30 Azərbaycan - Xorvatiya
14.06.2025
   16:30 Rumıniya - Azərbaycan
15.06.2025
   16:30 Xorvatiya – Rumıniya
Avropa Gümüş Liqası (kişilər)
I TURNİR (İSVEÇ)
06.06.2025
   17:00 Azərbaycan - İsveç
07.06.2025
   17:00 Gürcüstan - Azərbaycan
08.06.2025
   17:00 İsveç – Gürcüstan
II TURNİR (AZƏRBAYCAN)
13.06.2025
   18:00 Lüksemburq - Azərbaycan
14.06.2025
   18:00 Macarıstan – Lüksemburq
15.06.2025
   18:00 Azərbaycan - Macarıstan
III TURNİR (FARER ADALARI)
20.06.2025
   19:00 Azərbaycan - Farer adaları
21.06.2025
   17:00 Avstriya – Azərbaycan
22.06.2025
   17:00 Farer adaları – Avstriya
Oyunların keçirilmə saatı yerli vaxtla göstərilib