Qadın voleybolçulardan ibarət millimiz Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir. "Rekrod.az" xəbər verir ki, komandamız təlim-məşq toplanışının ilkin mərhələsini Bakıda keçir.

Millimizin hücumçusu Nikalina Başnakova məşqlər və yarış haqqında fikirlərini bölüşüb: “Bu mövsümdə milli komandamız əsasən gənclərdən ibarətdir. Vaxtımız da çox deyil. Ona görə də daha çox çalışmalıyıq və çalışırıq da. Hər gün iki dəfə məşqə çıxırıq, hər məşqimiz 3 saata yaxın olur.

Sabah  Sloveniyaya yola düşürük. Daha sonra Xorvatiyaya yollanacağıq. Gənc komandayıq, buna baxmayaraq biz yaxşı oynayıb uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".