Uels yığmasının baş məşqçisi Rob Peyc postunu tərk edib.

Rekord.az xəbər verir ki, bu barədə Uels Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

49 yaşlı uelsli mütəxəssis 2020-ci ildən milli komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında milli 45 oyun keçirib, 15 qələbə qazanıb, 15 dəfə heç-heçə edib, 15 oyunda məğlub olub.

Uels yığması iyun ayında 2 yoldaşlıq oyunu keçirib: Cəbəllütariqlə heç-heçə edib (0:0), Slovakiyaya (0:4) uduzub. Komanda əvvəllər Polşaya pley-offda uduzaraq (0:0, penaltilər 4:5), AÇ-2024-ə vəsiqə qazana bilməyib.