![photo](https://www.rekord.az/storage/uploads/5/marco-bizot-signature-80.jpg)
Milli komandanın qapıçısı ilə yeni müqavilə
- 02 Avq 2023 17:17
- 302
Niderland milli komandasının qapıçısı Marko Bizot “Brest”lə müqaviləsini yeniləyib.
Rekord.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, onunla 2026-cı ilə qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
32 yaşlı Bizot 2021-ci ildə “Alkmaar”dan Liqa 1 klubuna keçib. Bu müddətdə o, 75 oyuna çıxıb, 111 qol buraxıb və 15 görüşdə qapısını toxunulmaz saxlayıb.