Azərbaycanlı deputatlar arasında idmana maraq göstərən, bacardıqca bu sahəyə dəstəyini əsirgəməyənlər var. Onlardan da biri də Milli Məclisin sədrinin müavini Adil Əliyevdi.

Rekord.az xəbər verir ki, "Football-plus.az" saytı Adil bəydən "Qarabağ"ın avrokuboklardakı çıxışıyla bağlı fikrini öyrənib:
 

"Qarabağ" tək ölkəmizdə yox, dünyada tanınan komandadı. Ağdam təmsilçisinin inkişafı 2 məsələyə görə baş verdi. Birincisi, Azərbaycanda idmana, o cümlədən futbola yaradılan şərait və qayğıdı. İkincisi isə komandanın baş məşqçisi Qurban Qurbanovun mütəxəssis kimi yüksək bacarığıdı. Qurban müəllimin məşqçilik məharətinin bəhrəsini hələ çox görəcəyik".


Adil Əliyev "köhlən atlar"ın Konfrans Liqasında mübarizəni davam etdirməsinə də toxundu:
 

"Bütün futbol turnirlərində olduğu kimi, Konfrans Liqasında da "Qarabağ"ın uğurla çıxış edəcəyinə inanıram. Əminəm ki, Qurban Qurbanov və yetirmələri bu turnirdə də Azərbaycanı layiqincə təmsil edərək xalqımıza sevinc bəxş edəcək".