Futbol üzrə Azərbaycan millisinin futbolçuları hərbi xidmətə çağırıla bilər.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb sfərbərlik və hərbi xidmətlə bağlı qanunda edilən bəzi dəyişikliklərlə bağlıdır.

Həmin dəyişikliyə görə, bu günə qədər müxtəlif səbəblərdən hərbi xidmər keçməyən şəxslər, o cümlədən futbolçular yenidən müayinədən keçməlidir. Əgər bu qərar icra olunsa, milli üzvləri də yenidən hərbi xidmətə çağırılacaq və yenidən tibbi baxışdan keçəcək.