Braziliya milli komandasının futbolçuları və məşqçilər heyəti koronavirusla mübarizəyə dəstək olub.

Rekord.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, Braziliya yığmasının üzvləri koronavirusla mübarizə üçün 850 min avro toplayıb. Bu məbləğ, ehtiyacı olan 32 min ailəyə yardım üçün sərf olunacaq.