Fransanın “Bordo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Renn”lə müqaviləsini ləğv edən Mbaye Nyanqı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.

Mbaye daha əvvəl İtaliyada “Milan”, “Torino”, “Cenoa”, İngiltərədə “Uotford” kimi klublarda çıxış edib. O, Seneqal yığmasının da üzvüdür.