Fransanın “Nant” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Brest”dən Jan-Şarl Kastellettonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Kastelletto iyulun 1-dən “Nant”ın sıralarına qoşulacaq. Müdafiəçi Kamerun milli komandasının da üzvüdür.