Futbol üzrə Şotlandiya yığmasının yarımmüdafiəçisi Oliver Berk İngiltərədə klubunu dəyişib.

Rekord.az xəbər verir ki, “Vest Bromviç”lə yollarını ayıran 23 yaşlı futbolçu “Şeffild Yunayted”lə müqavilə bağlayıb.

Bu barədə onun yeni klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər üç illik müqaviləyə imza atıblar.

“Nottingem Forest”in yetirməsi olan Berk, karyerası ərzində “Bredford Siti”, “Leyptsiq”, “Seltik” kimi klublarda da oynayıb. O, geridə qalan mövsümü icarə əsasında “Alaves”də keçirib.