"Keşlə"nin və Azərbaycan millisinin müdafiəçisi Azər Salahlı zədəsini sağaldıb.
Rekord.az xəbər verir ki, sol cinah müdafiəçisi artıq məşqlərə də başlayıb.
Futbolçu "Qarabağ"la matçda iştirak edə biləcək.
Qeyd edək ki, "Keşlə" - "Qarabağ" matçı 25 sentyabr 18:00-da start götürəcək.