Qazaxıstan milli komandasının futbolçusu Ruslan Valiullində dopinq aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə jurnalist Aydın Kojahmet “teleqram” kanalında məlumat yayıb.

O, “Tobol”da çıxış edən yarımmüdafiəçinin dopint testinin müsbət nəticə verdiyi və bu səbəbdən onun DÇ-2022-nin seçmə mərhələsinin Bosniya və Herseqovina ilə matçında (2:2) iştirak etmədiyi bildirib.

Ruslan DÇ-2022-nin seçmə mərhələsinin Ukrayna ilə ev oyununda (2:2) dubl edərək komandasını məğlubiyyətdən xilas etmişdi.