Niderlandın “Ayaks” klubu futbolçusu Rayan Qravenberxin müqaviləsinin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Koronavirusa görə ləğv olunan Niderland Erediviziyasında “Ayaks”la 9 oyunda iştirak edən Qravenberx, 2 qolla yadda qalmışdı.

2019-cu ildən “Ayaks”ın əsas komandasında çıxış edən Qravenberx, 19 yaşadək futbolçulardan ibarət Niderland millisinin də üzvüdür.