Moskva ÇSKA-sının futbolçusu İlya Şkurin Belarus milli komandasında oynamaqdan imtina edib.

Rekord.az xəbər verir ki, bu barədə 20 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat yayıb.

O, Belarusda Aleksandr Lukaşenkonun prezidentlikdən getməyənə qədər millidə oynamayacağını deyib:

“İndi öyrənirəm ki, Belarus milli komandasına dəvət almışam. Mən cavabımı burdan deyirəm: Lukaşenkonun rejimi qüvvədə olduğu müddətdə millinin formasını geyinməkdən imtina edirəm. Yaşasın Belarus!”

Şkurin ilk dəfə Belarus millisinin əsas komandasına dəvət alıb. O, daha əvvəl Belarusun U-21 komandasının formasını geyinib.