Millidə yeni bombardir
- 11 Okt 2019 19:21
- 1023
Belçika millisi AÇ-2020-nin seçmə mərhələsinin 7-ci turunda San Marino yığmasını darmadağın edib.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, 9:0 hesabıyla bitən qarşılaşmada dubl edən Romelu Lukaku, Belçika yığmasının yeni bombardiri olub.
Belə ki, 26 yaşlı hücumçu millidə keçirdiyi 83 oyunda 51 qol vurmağı bacarıb. 2010-cu ildən milliyə dəvət alan Lukaku, Belçika millisində ən çox qol vuran futbolçu ünvanını qazanıb.