Bu gün 3x3 basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması Avropa Kubokunun seçmə mərhələsində sonuncu qrup oyununu keçirib.

Rekord.az xəbər verir ki, əlavə vaxta gedən oyunun yekununda Lüksemburq seçməsinə 14:16 hesabı ilə məğlub olan millimiz, qrupda 3-cü pilləni tutaraq 1/4 finala yüksəlib.

Bu mərhələdə millimiz İrlandiya komandası ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 16:50-də start götürəcək. Cütün qalibi yarımfinalda Lüksemburq yığması ilə qarşılaşacaq.