Martın 14-dən etibarən Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq müddətində 3 yoxlama oyunu keçirəcək.

Rekord.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu kollektiv martın 20-də "Qarabağ", 27-də Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan" və 29-da isə "Qəbələ" ilə qarşılaşacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Lakin oyunların məkanı hələlik məlum deyil.

Qeyd edək ki, təlim-məşq toplanışı martın 29-dək davam edəcək.

20 mart
17:00. “Qarabağ” – Azərbaycan U-21
 
27 mart
16:00. Azərbaycan U-21 – “Qaradağ Lökbatan”

29 mart
16:00. Azərbaycan U-21 – “Qəbələ”