Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda bu gün növbəti matçına çıxacaq.

Rekord.az xəbər verir ki, B qrupunda qərarlaşan millinin növbəti sınağı Böyük Britaniyaya qarşı olacaq.

Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi milli Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.

Seçməmiz dünən ilk oyunda Portuqaliyaya 34:90 hesabı ilə məğlub olub.