
Millimiz AÇ-nin əsas mərhələsində ilk matçını keçirəcək
- 26 Mar 2025 13:24
- 78
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas mərhələsində bu gün ilk oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Qarşılaşma Xorvatiyanın Omiş şəhərindəki Ribnyak İdman Sarayında, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Matçı Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya) və Kastriot Qerxhaliudan (İsveç) ibarət hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, VII qrupda yer alan U-19 növbəti matçını sabah Xorvatiya millisinə qarşı keçirəcək.