Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatının ilk oyununda məğlub olub.


Rekord.az xəbər verir ki, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda İngiltərə ilə üz-üzə gəlib.


Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:2.


Qeyd edək ki, Azərbaycan millisi fevralın 13-də İspaniya, 14-də isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.