
Millimiz AÇ-nin seçmə mərhələsində ilk matçına çıxacaq
- 13:31
- 38
Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının 2-ci seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan komanda Lüksemburqla üz-üzə gələcək.
Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı albaniyalı baş hakim Eqlantina Pyetruşaj idarə edəcək. Matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, bu qrupda Bolqarıstan və Malta milliləri də mübarizə aparırlar. Qrupun bütün oyunları Bakıda keçiriləcək.