
Millimiz Albaniya yığmasına məğlub oldu
- 2023-03-23 21:00
- 170
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
Rekord.az xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Millimizin heyətində 46-cı dəqiqədə Camal Cəfərov fərqlənib.
U-21 növbəti yoldaşlıq oyununu martın 26-da Sloveniya yığmasına qarşı keçirəcək.