DÇ-2020-nin elit-raund mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan milli komandası bu gün oyunların keçiriləcəyi Xorvatiyaya yola düşüb.

Rekord.az xəbər verir ki, Bakı-İstanbul-Zaqreb reysi ilə adıçəkilən ölkənin paytaxtına yollanan futzalçılarımız oyunların keçiriləcəyi Osiek şəhərinə avtobusla gediblər.

Komanda “Osiek” otelində məskunlaşıb və bu gün ilk məşqinə çıxacaq.