Azərbaycanın voleybol üzrə yığma komandaları Qızıl Avropa Liqasında mübarizəni davam edirlər. "Rekord.az" xəbər verir ki, həm qadınların, həm də kişilərin yarışında 3-cü tur 31 may-2 iyun tarixlərində baş tutacaq.

Kişi millimiz üçüncü turun oyunlarını Estoniyada keçirəcək. Komandamız mayın 31-də ev sahibi ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Növbəti gün isə komandamızın rəqibi Lüksemburq yığması olacaq. Həmin qarşılaşma saat 17:00-da başlayacaq.

Qadınlardan ibarət millimiz son turun oyunlarını Bakıda keçirəcək. Faiq Qarayevin yetirmələri mayın 31-də Estoniya yığması ilə üz-üzə gələcəklər. GİN-in Voleybol Mərkəzində baş tutacaq bu görüşün start fiti saat 18:00-da çalınacaq. Millimizin istirahət edəcəyi növbəti gün saat 18:00-da Avstriya və Estoniya komandaları qarşılaşacaqlar. Yığmamızın doğma meydanda növbəti oyunu iyunun 2-də olacaq. Saat 17:00-da başlayacaq həmin matçda rəqibimiz Avstriya komandası olacaq.

Qeyd edək ki, Bakıda keçiriləcək oyunlar “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Qızıl Avropa Liqası

Qadınlar

III tur (Azərbaycan, GİN-in Voleybol Mərkəzi)

31 may

   18:00 Estoniya - Azərbaycan

1 iyun

   18:00 Avstriya - Estoniya

2 iyun

   17:00 Azərbaycan - Avstriya

Kişilər

III tur (Estoniya)

31 may

   19:00 Azərbaycan - Estoniya

1 iyun

   17:00 Lüksemburq - Azərbaycan

2 iyun

   18:00 Estoniya - Lüksemburq