Millimiz Avropa çempionatına Mahaçqalada hazırlaşacaq
- 21 Fev 2023 20:00
- 429
Bu gün sərbəst güləş üzrə millimiz təlim-məşq toplanışı keçmək üçün Dağıstana yollanıb.
Rekord.az xəbər verir ki, Mahaçqalada təşkil olunacaq hazırlıq prosesində yığmanın 19 üzvü iştirak edəcək.
Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 57 kq), Ayxan Abdullazadə (61 kq), Hacı Əliyev, Əli Rəhimzadə, Rəşid Babazadə (hamısı 65 kq), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov, Fərid Cabbarov, Əşrəf Aşırov (hamısı 86 kq), Osman Nurmaqomedov, Abdulcəlil Şabanov (hər ikisi 92 kq), Maqomedxan Maqomedov, İslam İlyasov (hər ikisi 97 kq) və Vaxit Qalayev (125 kq) təlim-məşq toplanışına cəlb olunub.
Qeyd edək ki, martın 9-dək davam edəcək toplanış qarşıdan gələn U-23 və böyüklərin Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.