Millimiz Avropa çempionatında dördüncü oldu
- 04 İyl 2021 23:30
- 687
Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona çatıb.
Rekord.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə çıxış edən yunan-Roma güləşçilərimiz 4 medal qazanıb.
Həsrət Cəfərov (67 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Qurban Qurbanov (63 kq) gümüş, Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (72 kq) isə bürünc medal qazanıb.
Beləliklə, Avropa çempionatına 9 idmançıyla yollanan millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 99 xal toplayıb. Yığmamız bu nəticəylə Avropa çempionatında 4-cü yeri tutub. Komandamız 3-cü pillədə qərarlaşan Türkiyədən cəmi 1 xal geri qalıb. Gürcüstan (154) birinci, Rusiya (118) isə ikinci olub.