Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Gürcüstana yola düşüb. "Rekord.az" xəbər verir ki, F qrupunda ev sahibləri, Monteneqro, Yunanıstan yığmalarına qarşı mübarizə aparacaq millimiz ilk matçını mayın 7-də Monteneqroya qarşı keçirəcək.

Bir müddət öncə koronavirusa yoluxan millimizin baş məşqçisi Fərid Cəlalov səhhətində yaranan problemlərə görə təsnifat mərhələsinə komandamızla yollanmayıb. Yığmamızı çempionatın oyunlarına baş məşqçi kimi Pərviz Səmədov çıxaracaq. Ona köməkliyi Dilqəm Qəhrəmanov, Akif Vəliyev edəcəklər.

Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək oyunçular: Abdullayev Emil, Ağabəyov Ramazan, Ağazadə Aqil, Əliyev Ruslan, Alişanov Elmin, Allahverdiyev Kənan, Baranov Dimitriy, Dünyamalıyev Sənan, Həsənli Tural, Nikulenko Yegor, RzazadəMirəşrəf, Vasilenko Andrey, Qurskiy Roman.

AVRO-2021-in seçmə mərhələsi
F qrupuI dövrəI tur, 7 may

   Azərbaycan – Monteneqro

   Gürcüstan – Yunanıstan

II tur, 8 may

   Monteneqro – Yunanıstan

   Azərbaycan – Gürcüstan

III tur, 9 may

   Yunanıstan – Azərbaycan

   Monteneqro - Gürcüstan

 
II dövrəIV tur, 14 may

   Gürcüstan – Yunanıstan

   Monteneqro - Azərbaycan

V tur, 15 may

   Yunanıstan – Azərbaycan

   Gürcüstan - Monteneqro

VI tur, 16 may

   Azərbaycan – Gürcüstan

   Yunanıstan - Monteneqro