Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, yığmamız ikinci matçında Kosovo seçməsi ilə üz-üzə gəlib.

Komandamız meydan sahiblərini 14:10 hesabı ilə üstələyib.

İlk görüşdə Ermənistan kollektivini məğlub edən (21:9) millimiz hazırda B qrupunda liderdir.