Millimiz Avropa Liqasında mübarizə aparacaq
- 02 Dek 2021 21:19
- 609
Azərbaycanın voleybol üzrə milli komandaları Avropa Liqası yarışlarında mübarizə aparacaqlar. "Rekord.az" xəbər verir ki, qitənin nüfuzlu yarışında ölkəmizin həm qadınlardan ibarət, həm dəkişilərdən ibarət yığma komandaları iştirak edəcəklər.
Avropa Voleybol Konfederasiyası, son bir neçə ildə öz formatında dəyişiklər edilmiş yarışda iştirak edən yığmaları reytinqə əsasən liqalara bölür.
Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqası, nisbətən aşağı reytinqli millilər isə Gümüş Avropa Liqasında mübarizə aparırlar.
Qeyd edək ki, 2022-ci ilin may-iyun aylarında keçiriləcək Avropa Liqası yarışlarında voleybol üzrə qadınlardan ibarət milli komandamız Qızl Avropa Liqasında, kişilərdən ibarət millimiz isə Gümüş Avropa Liqasında iştirak edəcəklər.