![photo](https://www.rekord.az/storage/uploads/5/foto1-3-1.jpg)
Millimiz Avropa Superfinalında B divizionuna düşdü
- 25 Sen 2023 11:15
- 380
Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Superfinalında B divizionuna düşüb.
Rekord.az xəbər verir ki, yığmamız İtaliyanın Alqero şəhərində təşkil olunan turnirdə 14-cü yeri tutaraq, A divizionunu tərk edib.
Komanda sonuncu oyununu Moldovaya qarşı keçirib. Görüşün əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən moldovalılar (4:1) qələbə qazanıblar.
Azərbaycan yığmasının heyətində Orxan Məmmədov və Sabir Allahquliyev fərqləniblər.